Brüsseldə NATO-ya üzv ölkələrin liderlərinin fövqəladə zirvə
toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Estoniyanın baş naziri Kaya Kallas arasında görüş keçirilib.
AzerTimes-ın məlumatına görə, görüşdə Türkiyə XİN rəhbəri Mövlud
Çavuşoğlu, Türkiyənin müdafi naziri Hulusi Akar və R.T.Ərdoğanın
mətbuat katibi İbrahim Kalın da iştirak edib.
Məlumata əsasən, görüş mətbuata qapalı formatda keçirilib və 40
dəqiqə davam edib.