Hazırda Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı təcili plan yoxdur.
AzerTimes-ın məlumatına görə, bu barədə “Al Jazeera” televiziya kanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
İ.Kalın R.Ərdoğanla B.Əsədin görüşünün olub-olmayacağını və nə vaxt olacağını bilmədiyini bildirib.
“Belə bir görüşlə bağlı təcili planımız yoxdur”, – deyə o qeyd edib.