Ərdoğan əsas müttəfiqinin kim olduğunu göstərdi

Ərdoğan əsas müttəfiqinin kim olduğunu göstərdi

Ərdoğanın Bakı səfəri ilk növbədə böyük simvolik əhəmiyyətə malikdir. Çünki bu yolla yenidən seçilən Türkiyə prezidenti əsas dost ölkəsini, əsas müttəfiqini göstərdi.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Burada düstur “Bir millət, iki ölkə”dir. Ərdoğan bir növ dost, müttəfiq dövlətlər məkanı yaratmaq arzusundadır. Və bunda təbii ki, Azərbaycan əsas yerlərdən birini tutacaq”, – o bildirib.

Markov qeyd edib ki, Əliyevlə Ərdoğanın görüşü çətin ki, aktual olan Zəngəzur dəhlizi prosesinin irəliləməsində güclü rol oynasın:

“Burada artıq başqa bir sual yaranıb: indi bu dəhlizin ekstraterritorallığı, yəni insanların və malların hərəkətinin təhlükəsizliyi ilə Ermənistanın suverenliyi arasında korrelyasiya məsələsini həll etmək lazımdır. Bu, erməni millətçiləri tərəfindən düşmənçilik kimi qəbul edilir. Hələlik bu problemin ictimai həlli yoxdur”.

Teqlər: