Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul” freqatının açılış mərasimində çıxış edib. Dövlət başçısı nitqində II Qarabağ müharibəsinə də toxunub.
AzerTimes xəbər verir ki, Prezident bildirib ki, ölkə pilotsuz uçuş aparatları istehsalında dünyada ilk yerlərdədir.
“İçimizdəki qafillərin qarayaxma kampaniyalarına baxmayaraq, silahlı-silahsız PUA-larımız bütün dünyada həsədlə izlənilir. 44 günlük Qarabağ zəfərində olduğu kimi, Türkiyə PUA-ları da qazandıqları uğurla döyüş üsullarını dəyişdirirlər”.
O, bu halın bəzi ölkələrlə münasibətlərdə problemlər yaratdığını vurğulayıb:
“Məsələn, guya biz dostuq. Biz “kamera” istəyirik, onlar vermirlər. Niyə? Deyirlər ki, sən niyə Ermənistanla döyüşürsən? Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir. Bacardığımız qədər dəstək verməliyik”, – deyə prezident vurğulayıb./Oxu.az/