Ərdoğan Elon Maskdan tələbini açıqladı

Elon Maskla ilk görüşümdə ondan siqaret əleyhinə olan reklamlara
daha çox vəsait ayırmasını istəyəcəm.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bütün tütün məmulatlarını, hətta asılılığa səbəb olan hər cür
maddəni əhatə edəcək şəkildə mübarizəmizi genişləndirərək davam
etdiririk”, – deyə o əlavə edib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT)
may ayının 31-də yayımladığı statistik məlumatlara əsasən, Türkiyə
0,28 faiz göstərici ilə dünyanın ən çox siqaret aludəçisi olan
ölkəsidir.

Xatırladaq ki, son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə
799 milyon dollar məbləğində tütün ixrac edib.