Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətində problem yaranıb.
AzerTimes xəbər verir ki, Türkiyə mediası Ərdoğanın səhhətində yaranan problem səbəbindən İspaniya səfərindən imtina etdiyini yazıb.
Lakin məlum olub ki, səfərin ləğv olunması Türkiyə prezidentinin səhhətində yaranan problemlə bağlı deyilmiş.
Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi. Azərbaycan görüşdə Türkiyənin iştirakında təkid etsə də, Fransa və Almaniyanın buna qarşı çıxması səbəbindən qəbul olunmayıb. Bu səbəbdən də Prezident İlham Əliyev İspaniyaya səfərdən və görüşdən imtina edib.
Görünən odur ki, Türkiyə Prezidenti Ərdoğan da məhz bu səbəbdən İspaniya səfərindən imtina edib.
Türkiyə və Azərbaycan birgə hərəkət edir və Əliyev və Ərdoğan kənar gücləri regiona buraxmaq niyyətində deyillər.