Ərdoğan Əbru Gündəşə zəng etdi

Ərdoğan Əbru Gündəşə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənətçi Əbru Gündəşə telefonla zəng edərək anası Müjgan Bilginin vəfatı ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Kommunikasiya Müdirliyi məlumat yayıb.

Qeyd edək ki, Əbru Gündəşin anası 73 yaşında koronavirusdan dünyasını dəyişib. Onun cənazəsi sabah Zincirlikuyu məscidində qılınacaq günorta namazından sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.

Teqlər: