Dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı COP29-a bir daha dəvət edib.
AzerTimes xəbər verir ki, bu barədə iyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündə bildirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.