Ərdoğan dəhşətli zəlzələdən danışdı

Ərdoğan dəhşətli zəlzələdən danışdı

Zəlzələdən bir il keçməsinə baxmayaraq, hər gedən canımızın ağrısını ürəyimizdə daşıyırıq.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə zəlzələdən zərər görən vətəndaşlar üçün inşa edilən mənzillərin təhvil verilməsi mərasimində videobağlantı ilə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, seçki gündəminin zəlzələ ilə bağlı məsələləri arxada qoymasına icazə verilməyəcək:

“Qaziantep və rayonlarında həlak olan 3 min 904 qardaş-bacımızı və bütün zəlzələ şəhidlərimizi rəhmətlə yad edirəm. Öləni geri qaytara bilmərik, lakin məhv edilənləri əvəz etmək və maddi itkiləri kompensasiya etmək bizim səlahiyyətimizdədir. Bu anlayışla zəlzələ zonasının yenidən qurulması və canlandırılması üçün dayanmadan çalışırıq”.

Teqlər: