Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Baş naziri Boris Consonla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Birləşmiş Krallıq münasibətləri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq və Rusiya-Ukrayna müharibəsi kimi regional məsələlər müzakirə olunub.
Rəcəb Tayyib Ərdoğan Ukraynadakı taxılın ölkədən təhlükəsiz çıxarılması üçün həll yolu tapılmalı olduğunu vurğulayıb.