Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəl ilə təkbətək görüşəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, görüş bu gün yerli vaxtla saat 17:00-da Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərargahında baş tutacaq.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Özgür Özəl ən son aprelin 23-də Türkiyə Böyük Millət Məclisində digər siyasi partiyaların nümayəndələrinin də olduğu bayramlaşma tədbirində bir araya gəliblər.