Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü

Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici işlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Prezident İqamətgahında keçirilən qəbulda C. Bayramov Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Ərdoğanı məlumatlandıracaq.

Qeyd edək ki, XİN başçısı olaraq Ceyhun Bayramov ilk səfəri Türkiyəyə edib və həmkarı türkiyəli həmkarı ilə görüşüb.