Vətən müharibəsinin ilk dəqiqələrindən sonunadək Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe Azərbaycan haqq işi uğrunda mübarizədə tək olmadığını hər kəsə göstərdi.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin Respublika Günündə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.
“İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycan və Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən, ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.
Ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi və mənəvi dəstək, bütün Türkiyənin, Türkiyə xalqının tutduğu qəti mövqe Azərbaycanın haqq işi uğrunda mübarizədə tək olmadığını göstərdi, bizə əlavə güc verərək böyük Zəfərin qazanılmasında önəmli rol oynadı”, – MM spikeri qeyd edib.