Ərdoğan bu türk ölkəsinə gedir

Ərdoğan bu türk ölkəsinə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda Qazaxıstana səfər edəcək.

AzerTimes xəbər verir, bunu Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murad Nurtleu Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısının səfəri noyabrın 3-nə planlaşdırılıb. R.T.Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak edəcək.

“Biz bu sammiti ən yüksək səviyyədə təşkil etmək və keçirmək barədə razılaşdıq”, – M.Nurtleu əlavə edib.

Teqlər: