Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinə qatılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ərdoğan Prezident İlham Əliyevlə bu gün Ankarada keçirdiyi görüşdə deyib.
Ərdoğan həmçinin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvəti də qəbul edib.
Qeyd edək ki, Şuşada qeyri-rəsmi sammitin iyulda keçiriləcəyi gözlənilir.