Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.
AzerTimes xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.
İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.