Ərdoğan bu mükafatı Rövşən Nəcəfə təqdim etdi

Ərdoğan bu mükafatı Rövşən Nəcəfə təqdim etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib.

Bu barədə AzerTimes-a SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub.

Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb.

“STAR” NEZ, həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.

Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə vermək istiqamətində əzmlə fəaliyyət göstərən SOCAR-ın Türkiyədəki fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək dəstəyin və önəmin bariz nümunəsidir.

Teqlər: