Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə üçüncü dəfə dövlət başçısı postuna namizəd ola bilər.
AzerTimes xəbər verir ki, bu fikirləri Türkiyə liderinin baş müşaviri Mehmet Uçum deyib.
“Konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq prezident yenidən namizəd ola bilər”, – deyə Uçum qeyd edib.
Ərdoğanın ikinci prezidentlik müddəti 2028-ci ildə başa çatır və konstitusiyaya görə, o, iki dəfə ardıcıl sözügedən posta seçildiyi üçün üçüncü dəfə namizəd ola bilməz.