Rusiya ilə əlaqələrimizdə qarşılıqlı hörmət və etibar var.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Putinlə dürüst əlaqələrim var. Bu gün Suriyadakı vəziyyətlə bağlı “Gəlin, üçtərəfli toplantı keçirək” deyirik. Nədir bunlar? Yəni, Rusiya, Türkiyə və Suriya bir araya gələcək. Hətta İranı da dəvət edək. Danışıqları bu şəkildə aparaq və regiona sabitlik gəlsin”, – deyə Ərdoğan bildirib.