Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak dəvətini qəbul edib.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Təklif Türkiyə tərəfinə çatdırılıb, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onu qəbul edib”, – o bildirib.
Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.