Ərdoğan Bosniya və Herseqovinaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya rəsmi səfər edəcək.

Səfər zamanı ölkələr arasında ikitərəfli əlaqələr müzakirə olunacaq və əməkdaşlığın dərinləşdirilməsi üçün tədbirlər görüləcək.

Prezident Ərdoğan Bosniya və Herseqovina səfərindən sonra ölkə prezidenti Milo Cukanoviçin dəvəti ilə 28 avqust tarixində Monteneqroya rəsmi səfər edəcək.

Monteneqroda keçiriləcək danışıqlarda ikitərəfli münasibətlər və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

Hər iki səfər zamanı digər regional və beynəlxalq mövzular barədə fikir mübadiləsi aparılacaq.

Teqlər: