Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Dövlət başçısı BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 72-ci sessiyasında problemin beynəlxalq münaqişəyə çevirilə biləcəyini deyib.
Ərdoğan qeyd edib ki, Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyət daha çox səy göstərməlidir:
“Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpası bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir. Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını unutmamalıyıq“.