Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istanbulda səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, görüş mətbuata qapalı şəraitdə keçirilib.
Qeyd edək ki, bu gün istanbulda Türkiyə xarici işlər naziri hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilmişdi.