Ərdoğan Berluskonidən yazdı: Buna etiraz edən ilk lider idi!

Ərdoğan Berluskonidən yazdı: Buna etiraz edən ilk lider idi!

İnanıram ki, uzun illər İtaliya siyasətində öz sözünü deyən Silvio Berluskoni geridə silinməz izlər buraxıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın vəfat edən sabiq baş naziri Silvio Berluskoni barədə yazdığı məqaləsində deyib.

“Dostum Berluskoni ilə ilk münasibətlər 2002-ci ilin seçkilərindən sonra baş tutub.

Oxuduğum bir şeirə görə siyasətdən uzaqlaşdırılmışdım. Sədri olduğum partiya seçkidə qalib gəlsə də, siyasətlə məşğul olmaq hüququmun qanunsuz olaraq qarşısı alınırdı. Türkiyədə bəziləri mənim bu vəziyyətimi normal göstərməyə çalışarkən, dünyada buna etiraz edən ilk lider Berluskoni oldu. Dostum Berluskoni bizə zəng edib seçkidə qələbəmiz münasibətilə təbrik etdi. O, mənim siyasi qadağamın qəbuledilməz olduğunu bildirdi və İtaliyanın baş naziri kimi bizi öz ölkəsinə dəvət etdi. Biz Romada cənab Berluskoni ilə görüşdük, Türkiyə-İtaliya münasibətlərindən tutmuş AB məsələlərinə dair hərtərəfli müzakirələr apardıq. Dostum Berluskoni dedi: “Sən indi Avropada ən yaxşı dostunun evindəsən. Mən AB-dəki baş nazir dostlarıma zəng edəcəyəm və sizin vəkiliniz kimi çıxış edəcəyəm” dedi. O, vəzifədə olduğu müddətdə AB-yə üzvlük prosesində Türkiyəni daim dəstəkləyib. O hər zaman əsl dost kimi xatırlanacaq”, – Ərdoğan bildirib.

Türkiyə lideri eyni zamanda xatırladıb ki, Berluskoni 2003-cü ildə oğlunun nikah şahidi də olub.

Teqlər: