Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin şam yeməyinə qatılmadan Türkiyəyə qayıdıb.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Türkiyə mətbuatı bunun ABŞ-ın İsrailə dəstəyi ilə bağlı ola biləcəyini yazıb, amma Ankaradan hələlik iştirak etməmə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
“Ərdoğan BMT-dəki çıxışlarında Bayden administrasiyasının İsrailə verdiyi dəstəyi vurğuladı və bəlkə də şam yeməyində iştirak etməmək buna cavabdır”, – deyə mənbə yazır.
Xatırladaq ki, Türkiyə prezidenti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.