Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

AzerTimes xəbər verir ki, Ərdoğan bu barədə Tvitterdə paylaşım edib.

“İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, – o bildirib.

Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna və başqa ölkələrin bayraqları əksini tapıb.

Teqlər: