Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. İrəvandan da oxşar mövqe gözləyirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək:
“Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”.
Eyni zamanda, siyasətçi Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.