Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı bu gün rəsmi Tvitter hesabında paylaşım edib.
AzerTimes xəbər verir ki, paylaşımda deyilir:
“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”.