Ərdoğan Aya Sofyanı muzeydən məscidə çevirdi

Ərdoğan Aya Sofyanı muzeydən məscidə çevirdi

Türkiyə Cumhuriyyətinin Dövlət Şurası məhkəməsinin 10-cu palatası Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.

10-cu palata məbədin muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarxili qərarını ləğv edib.
Bildirilib ki, Aya Sofya Fatih Sultan Mehmet Han Vəqfinin mülkiyyətindədir və məscid olaraq ictimaiyyətin xidmətinə təqdim edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan da məhkəmə qərarını təsdiqləyib. Ərdoğan Aya Sofyanın Diyanət İşləri Nazirliyinin tabeliyinə verilərək ibadətə açılması ilə bağlı qərarı “xeyrili olsun” yazaraq sosial şəbəkədə paylaşıb.

“Bu qərarın millətimizə, ümmətə və bütün bəşəriyyətə xeyrili olmasını diləyirəm Aya Sofya məscidinə ödənişli giriş ləğv edilir. Bütün məscidlərimiz kimi Aya Sofyanın da qapıları hər kəsə açıq olacaq.

Bütün hazırlıqları tamamlayıb Aya Sofyanı 24 iyul 2020-ci ildə Cümə namazı ilə birlikdə ibadətə açmağı planlaşdırırıq”, deyə Ərdoğan açıqlama verib.

ayasofya