Ərdoğan Avstriya kansleri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avstriya Kansleri
Karl Nehammer arasında telefon danışığı olub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər
Ukraynadakı vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə
ediblər.

R.T.Ərdoğan Ukraynada humanitar faciəyə və döyüşlərə son qoymaq
üçün bütün imkanlardan istifadə etməyin vacibliyinə işarə edib.

Dövlət başçısı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını
təşviq etmək üçün İstanbul prosesinə dəstək verməyə çağırıb.

Türkiyə lideri həmsöhbətinə Ankaranın müharibənin tez bir
zamanda başa çatdırılması səylərindəki rolunu yüksək
qiymətləndirdiyinə, habelə İstanbul danışıqları prosesini
dəstəklədiyinə görə təşəkkür edib.

R.T.Ərdoğan Ankaranın Ukrayna böhranının sülh yolu ilə həlli
istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Liderlər Türkiyə-Avstriya ikitərəfli münasibətlərinin vəziyyəti
ilə bağlı fikir mübadiləsi aparıblar.