Ərdoğan Anderssonla danışdı, iradını bildirdi

Ərdoğan Anderssonla danışdı, iradını bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlük tələbi ilə bağlı məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan İsveçin terrorla mübarizə kimi Türkiyə üçün əhəmiyyət kəsb edən fundamental məsələlərdə addımlar atmalı olduğunu bir daha vurğulayıb.

O, İsveçin terror təşkilatı PKK/PYD/YPG-yə qarşı konkret münasibət dəyişməsi lazım olduğunu və İsveçdən Türkiyənin narahatlığını aradan qaldıracaq real bir təşəbbüs görmədiklərini bildirib.

Teqlər: