Ərdoğan “Altılı masa”nı sərt tənqid etdi

Ərdoğan “Altılı masa”nı sərt tənqid etdi

Altı partiyalı koalisiyanın gücləndirilmiş parlament sistemi kimi başladığı yol, at bazarlığından da betər vitse-prezidentlik uğrunda mübarizə ilə yekunlaşdı.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Altılı masa”nı tənqid edərkən deyib.

Ərdoğan bildirib ki, “Bay Kamal”ı (red- CHP rəhbəri Kamal Kılıçdaroğlu) prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur:

“Terror təşkilatları ilə mübarizə onların gündəmində deyil. Onların gündəminə səlahiyyət və mövqe bölgüsü daxildir. Eyni zamanda, milli birliyimizi, həmrəyliyimizi pozmaq niyyəti var”.

Teqlər: