Ərdoğan Almaniya Kansleri ilə Rusiya-Ukrayna böhranını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri
Olaf Şolts arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti
Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, danışıq zamanı başda Türkiyə-Almaniya
münasibətləri və Rusiya-Ukrayna böhranı olmaqla regional məsələlər
müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə ilə Almaniya arasında əlaqələrin
gücləndirilməsinin və bütün səviyyələrdə sıx əməkdaşlığın davam
etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin Ukraynada müharibəni bitirmək üçün
səylərini qətiyyətlə davam etdirdiklərini bildirib.

Teqlər: