Ərdoğan Ali Hərbi Şuranı toplayır

Ərdoğan Ali Hərbi Şuranı toplayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində avqust ayının ilk həftəsində Ali Hərbi Şuranın toplantısı baş tutacaq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İclasda Türkiyə Silahlı Qüvvələrində rütbələrin verilməsi, təyinat, təqaüdə çıxma və vəzifə müddətinin uzadılması ilə bağlı məsələlər müzakirə olunacaq.

Bildirilib ki, şuranın üzvü kimi Türkiyə Baş Qərargah rəisi, ordu generalı Mətin Gürak, Quru Qoşunları komandanı, ordu generalı Səlcuq Bayraqdaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu ilk dəfə olaraq toplantıya qatılacaq.

Teqlər: