Ərdoğan Albaniyanın baş naziri ilə görüşdü

Ərdoğan Albaniyanın baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Edi Rama Türkiyədə təşkil edilən “TRT Vörld Forum 2022”də iştirak edib.

Xatırladaq ki, Edi Rama dekabrın 8-də Azərbaycanda səfərdə olub.

Teqlər: