Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-11 oktyabr tarixlərində Albaniya və Serbiyaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Ərdoğanın səfəri zamanı ikitərəfli əlaqələr, eləcə də müxtəlif sahələrdə mövcud əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr planlaşdırılır.
Ərdoğanın Albaniyada Türkiyə tərəfindən maliyyələşdirilən və Baş naziri Edi Ramanın da iştirak edəcəyi Namazkay məscidinin açılış mərasimində iştirak edəcəyi bildirilib.
Rəcəb Tayyib Ərdoğanın Serbiya Prezidenti Aleksandr Vuçiçlə işgüzar konfransda iştirakı nəzərdə tutulub.