Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İYİ Partiyanın keçmiş sədri Maral Akşənərin görüşünün əks-sədası davam edir.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, görüşdən sonra bir sıra iddialar səsləndirilib.
İYİ Partiyasının keçmiş sədrinin özəl katibi Əsma Bekar bildirib ki, Akşənərə görüş təklifi prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğandan gəlib.
Katibin sözlərinə görə, nə mövqe təklifi, nə də bir tələb gündəmə gətirilib:
“Akşənər İYİ Partiyaya məlumat vermək məcburiyyətində deyil. Görüş terror təşkilatının lideri ilə deyil, ölkə prezidenti ilə keçirilib. Həmçinin, Akşənərin yeni saç rəngi çox bəyənilib”.