Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif İYİ Partiyanın sədri Maral Akşənərə qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə prezidentinin vəkili Hüseyn Aydın məlumat verib.
“Prezidentin təhqir olunması ilə bağlı istintaqa təqdim edilən şikayətlərə xitam verilib, həmçinin mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı dörd mülki iddiadan da imtina edilib”, – deyə o bildirib.
Xatırladaq ki, Akşənər Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini tənqid edərkən təhqiramiz ifadələrə yol vermişdi.