Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 il sonra yenidən Yunanıstana səfər edib.
AzerTimes xəbər verir ki, hava limanında Türkiyə prezidentini Yunanıstan xarici işlər naziri Yorqos Gerapetritis qarşılayıb.
Bildirilib ki, Ərdoğanın təyyarəsi vaxtından əvvəl enib.
Türkiyə lideri limuzinə əyləşməyərək, nümayəndə heyəti ilə birlikdə aeroportun VİP zalından keçib.