Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemini tətbiq edəcək.
AzerTimes “Blumberq”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bildirilib ki, Ərdoğan və Putin avqustun 5-də Soçidə danışıqlar zamanı türk banklarının Rusiyanın ödəniş sisteminə uyğunlaşması ilə bağlı razılığa gəliblər. Danışıqların bu hissəsində mərkəzi bankların rəhbərləri də iştirak ediblər.
Türkiyə lideri bildirib ki, bu cür dəyişikliklər həm rusiyalı turistlər, həm də Türkiyə üçün əlverişlidir.