Rusiya Prezidenti Vladimir Putin gələn ay Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, taxıl sazişinin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”, – deyə o bildirib