Terrorla arasına məsafə qoya bilməyən bir dövlətin NATO-ya nə kimi faydası ola bilər?!
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa üzvlüyü prosesi ilə bağlı açıqlamasında deyib.
“Terrora qucaq açanlara dəstək verə bilmərik. Küçələrində terrorçuların sərbəst hərəkət etdiyi ölkəyə Türkiyə necə güvənə bilər?!”, – deyə Ərdoğan bildirib.