Ərdoğan açıqladı: 311 min ev dağıldı

Ərdoğan açıqladı: 311 min ev dağıldı

Baş verən ardıcıl zəlzələlərdə 311 min mənzil yararsız hala düşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İlk təməlatma 21 fevralda keçirildi. Zəlzələ zonasında 650 min ev inşa etməyi planlaşdırırıq. Bütün şəhərlərimizi keçmiş gözəlliyinə qovuşdurana qədər dayanmayacağıq. Bunun üçün millətimizdən bir il istəyirik. 321 müxtəlif məntəqədə ümumən 781 min 500 çadır və 77 min konteyner quraşdırdıq”, – deyə dövlət başçısı bildirib.

Teqlər: