Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında ABŞ lideri Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a səfər edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” mənbələrə istinadən məlumat yayıb.
“Əgər hər şey qaydasında olarsa, ABŞ-ın seçki təqvimində problem yaranmazsa, Ərdoğan mayın ikinci həftəsində Vaşinqtona gedə bilər. Mayın 9-da Ərdoğanın Baydenlə görüşü mümkündür”, – nəşr yazıb.