Biz gəncliyimizdən bəri aktiv siyasətdə içində, sizin hüzurunuzdayıq. Biz 21 ili hakimiyyətdə olmaqla, 40 illik siyasi həyatımızda həmişə demokratiyanı, milli iradəni müdafiə etmişik. 1994-cü ildən başlayaraq hansı haqsızlıqlara məruz qalmağımızdan asılı olmayaraq ədalətə riayət etdik, haqqla hərəkət etdik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabında yazıb.
“85 milyon insanın hamısını qucaqladıq, heç kimi kənara qoymadıq. Heç bir vətəndaşımızın həyat tərzinə qarışmadıq. Biz cəmiyyətimizin bütün təbəqələrinin hüquq və azadlıqlarının sahələrini genişləndirdik. Bizdən əvvəl bu ölkədə baş örtüyünə, geyinməyə qadağalar var idi ki, onları ləğv etdik. Ali məktəblərimizə əmsal ədalətsizliyi tətbiq olundu ki, sonlandırdıq. İnsanlar öz inanclarını sərbəst və rahat şəkildə həyata keçirə bilmirdilər dəyişdik. Terror təşkilatları vətəndaşlarımızın nəfəs almasına imkan vermirdi. Başlarını əzdik. Demokratiyamız axsaq idi, çətin yeriyirdi, gücləndirdik. Dövlət öz vətəndaşlarına yuxarıdan aşağı baxırdı. Biz yeni anlayışla əvəz etdik. Xarici ölkələr bizə daim xəbərdarlıq edir, bələdçilik edirdi, dur dedik. Təbii ki, biz bu mübarizədə çoxlu maneələrlə, təzyiqlərlə, təhdidlərlə, sataşmalarla, sui-qəsdlərlə, qarayaxma kampaniyaları ilə qarşılaşdıq. Demokratiya ilə bağlı addımlarımızın qarşısını almağa çalışdılar, çevriliş cəhdləri həyatımıza qəsd olundu. Amma biz dik durmaqla ölkəmizi 21 il əvvəlkindən daha azad, daha firavan, daha sülhsevər, iqtisadi cəhətdən daha güclü vəziyyətə gətirdik. 2002-ci ildən bəri biz ancaq xidmət siyasəti, iş siyasəti və qardaşlıq siyasəti ilə məşğuluq.
İnşallah 14 Maydan sonra bütün Türkiyə üçün sevgi ilə işləməyə davam edəcəyik”, – Ərdoğan qeyd edib.