Ərdəbilin məşhur Balıqlıçayı qurudu

Ərdəbilin məşhur Balıqlıçayı qurudu

Ərdəbil şəhərinin ortasından keçən məşhur Balıqlıçay tamamilə quruyub.

AzerTimes xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.

Çayda yaşayan çox sayda balıq və başqa su canlılarının hamısı məhv olub. Çayın quruması və balıqların tələf olması nəticəsində şəhəri bürüyən qoxu ərdəbillilərin etirazlarına səbəb olduğu üçün şəhər prokurorluğu məsələyə müdaxiə etməyə məcbur olub.

Calal Afaqi qoxunun balıqların ölməsi nəticəsində meydana gəldiyini təsdiq edərək, çayın qurumasında təqsirli bilinənlərin məsuliyyətə cəlb olunacaqlarına söz verib.

Çayın qurumasında iqlim dəyişikliyi ilə yanaşı, qaydasız su anbarlarının, kanallar və balıqçılıq sahələrinin qanunsuz tikintisinin rol oynadığı bildirilir.

Qeyd edək ki, Ərdəbil şəhərinin içindən keçərək Qarasu çayı ilə birləşən Balıqlıçay Ərdəbilin təbii simvollarından biri sayılır.

Bununla yanaşı, Balıqlıçayın sahilləri ərdəbillilərin və şəhərə gələn qonaqların ən məşhur istirahət və gəzinti yerlərindən biridir.

Teqlər: