Ərdəbil şəhərində də qızıl bazarı bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli mənbələr məluamt yayıb.
Bildirilib ki, bu vasitə ilə qızıl alverçiləri və mağaza yiyələri hökumətin cari büdcə ilində qızıl alış-verişi üçün 25 faiz vergi təyin etməsinə etiraz edirlər.
Qeyd edək ki, dekabrın 24-dən Həmədan, Təbriz, İsfahan və başqa bir neçə şəhərin qızıl mağazaları tətil aksiyası keçirir.