Ərdəbil əyalətinin Germi şəhərinin Anı kəndi ərazisində Səlcuqlar dövrünə aid tarixi tikili aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının arxeologiya şöbəsinin rəhbəri Ruhullah Məhəmmədi məlumat verib.
O, tikilinin karvansara və ya hamam olduğunun ehtimal edildiyini bildirib:
“Daha dəqiq məlumat araşdırmalar bitdikdən sonra veriləcək”.
Qeyd edək ki, abidə tarixi əsər qaçaqmalçılarının əməyi nəticəsində aşkarlanıb. Beləki, qeyd olunan yerdə qaçaqmalçılar tarixi əsərlər əldə etmək məqsədilə qazıntı aparıblar. Tarixi tikili aşkar edidikdən dərhal sonra bölgəyə gələn məmurlar onları həbs edib, abidə barədə Mədəni İrs Təşkilatına məlumat veriblər.