Ərdəbildə güclü qar həyatı iflic etdi

Ərdəbildə güclü qar həyatı iflic etdi

Ərdəbil əyalətində yağan intensiv qar nəticəsində şəhər və kəndlərin əksəriyyətində nəqliyyatın hərəkətində problemlər yaranıb, bir çox yollar bağlanıb.

AzerTimes xəbər verir ki, əyalətin Avtomobil Yolları və Avtomobil Nəqliyyatı Baş İdarəsinin Yol İdarəetmə Mərkəzi hazırda şəhərdə qarın hündürlüyünün 30 sm-ə çatdığını bildirib.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq əyalətin mərkəzi Ərdəbil şəhəri də daxil olmaqla yanvarın 8 və 9-u məktəblər, ictimai iaşə yerləri, bazar və bir çox dövlət idarələri bağlanıb.

Teqlər: