Ərdəbildə faciə: 6 nəfər dəm qazından öldü

Ərdəbildə faciə: 6 nəfər dəm qazından öldü

Ərdəbil şəhərində 6 nəfər dəm qazından zəhərlənib.

AzerTimes xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Ərdəbil əyalətinin Təcili Tibbi Əməliyyatlar və İdarəetmə Mərkəzi zəhərlənənlərin hamısının öldüyünü bildirib.

Məlumata görə, hadisə noyabrın 9-u axşam saatlarında baş verib. Ölənlərin 2-si uşaqdır.

Qeyd edək ki, son günlər Ərədbildə havaların soyuması nəticəsində əhalinin qazla işləyən qızdırıcı avadanlıqlardan ehtiyatsız istifadəsi bəzi hallarda xoşagəlməz hadisələrlə nəticələnir.İndiyə qədər dəm qazından zəhərlənmə ilə bağlı həkimə müraciət edənlərin sayı artıb.

Rəsmilər bu barədə əhaliyə xəbərdarlıq edərək, qazla işləyən qızdırıcı avadanlıqlardan istifadə zamanı ehtiyatlı olmağı və bütün təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir.

Teqlər: